يَا عَلِي(ع)!


440 Members

🌸🌸🌹🍃🌹🌸🌸
Əssələmu ələykum!
Bu kanalda yalnız İMAM ƏLİ(Ə) HƏDİSLƏRİ paylaşılır.
🌱🌸🌱🌸🌱🌸🌱
Adminlər:
@Senedlihedisler
@islamda_aile
@Quranda
{links} {LinksTitle}
{/links}
Today Views : 0
Yesterday Views : 0
One Year Views : 4
Similar Channels

628270 Users

53983 Users
🌅 بِسْــــمِ اللهِ الرَّحْمَنِ الرَّحِيمِ 🌅 İmam Əli (ə): "Fiziki işlə məşğul olan adam daha da güclü olar. Hər kim işə saymazyana yanaşsa (yəni, fiziki iş görməsə), daha da zəif olar". " Ğurarul-hikəm", 5-ci cild, 204-cü səhifə. http://telegram.me/islamda_aile
2019/06/20 12:22
أشد من البلاء شماتة الأعداء. الإمام علي (ع) شرح نهج البلاغة؛ لابن أبي الحديد؛ ج ٢٠, ص ٣٢٤, حديث ٧١٤ "Bəladan da daha ağır olanı düşmənlərin dil yarası vurmasıdır." İmam Əli (ə) Nəhcul-Bəlağənin şərhi; İbn Əbil-Hədid; c 20, səh 324, hədis 714 @menbeli_hedisler
2019/06/13 18:31
ليكن أصدقاؤك كثيراً, واجعل سرك منهم إلى واحد. الإمام علي (ع) شرح نهج البلاغة؛ لابن أبي الحديد؛ ج ٢٠, ص ٣٢٤, حديث ٧١٨ "Dostların çox olsun, amma sirrini onlardan birinə söylə." İmam Əli (ə) Nəhcul-Bəlağənin şərhi; İbn Əbil-Hədid; c 20, səh 324, hədis 718 @menbeli_hedisler
2019/06/13 18:31
ZİNA NAMƏHRƏMƏ BAXMAQDAN BAŞLAYIR ليس يزني فرجك إن غضضت طرفك. الإمام علي (ع) شرح نهج البلاغة؛ لابن أبي الحديد؛ ج ٢٠, ص ٣٢٤, حديث ٧١٥ "Gözünü (naməhrəmdən) çəkindirsən, eyib yerin zina etməz." İmam Əli (ə) Nəhcul-Bəlağənin şərhi; İbn Əbil-Hədid; c 20, səh 324, hədis 715 @menbeli_hedisler
2019/06/13 18:31
🌅 بِسْــــمِ اللهِ الرَّحْمَنِ الرَّحِيمِ 🌅 Əmirəlmöminin Əli ibn Əbi Talib (ə) buyurdu: “Ən gözəl nəql olduğu üçün Quranı öyrən və ürəklərdəki ən gözəl çiçəkləməsi üçün başa düş. Ürəklərə məlhəm olduğu üçün onun nurundan dərman ara. Nəqllərin ən gözəli olduğuna görə onu gözəl oxu”. (Nəhcul Bəlağa, Xütbə 110 (bəzi kitablarda 109) https://t.me/imam_Eli_e
2019/06/08 22:37
🌅 بِسْــــمِ اللهِ الرَّحْمَنِ الرَّحِيمِ 🌅 İmam Əli (ə) belə buyurur: “Bizim sevgimizlə düşmənlərimizin sevgisi bir insanın daxilində cəmlənə bilməz. Necə ki, İzzət və Cəlal sahibi olan Allah belə buyurur: “Allah bir adamın sinəsində (daxilində) iki ürək yaratmamışdır.” “Biharul-Ənvar”, c.24, s.318; “Əhzab” surəsi 4-cü ayə. https://t.me/imam_Eli_e
2019/06/08 22:28
"ƏLİ" ADINDA NƏ SİRR VAR?! Məşhur sünni alimi əz-Zəhəbi özünün "Siyəru Ə'lamin-Nubəla" kitabında cild 5, səhifə 101-də Uləyy ibn Rabah (عُلَيُّ بْنُ رَبَاح) adlı alimin tərcümeyi-halında onu tərifləyərək onu inanılası alim (الثِّقَة) adlandırır. əz-Zəhəbi habelə həmin kitabın 102-ci səhifəsində belə yazıbdır: كانت بنو أمية إذا سمعوا بمولودٍ اسمه عليّ قتلوه. فبلغ ذلك رَباحاً , فغيَّرَ اسمَ ابنِه. Bəni-üməyyə dünyaya yeni gələn hansısa bir uşağın adının Əli olduğunu eşidən kimi, onu qətlə yetirərdilər. Bu xəbər Rabaha yetişərkən dərhal oğlu Əlinin adını dəyişərək Uləyy qoydu. Yəni, Rabah bəni-üməyyənin bu cinayətindən qorxaraq Əli adlandırdığı oğlunun adını Əli adının kiçildilmiş formasına (təsğir) saldı ki, onu öldürməsinlər. Nəticədə də onu Əli yox, Uləyy ibn Rabah kimi tanımağa başladılar. Bəni-üməyyənin Əliyə (ə) qarşı apardıqları anti-təbliğat cinayətləri o həddə çatmışdı ki, hədisdə vardır ki, bir nəfər qəddar xəlifə Həccacın qarşısında dayanıb qışqıraraq dedi: Ey əmir! Valideynlərim mənə qarşı haqsızlıq edib mənim adımı Əli qoyublar! İmam Əlinin (ə) vücudundan qorxub onu qətlə yetirməklə kifayətlənməyərək hətta o həzrətin adından da qorxub bu adla qəddarcasına mübarizəyə qalxdılar. Bu ad harada səslənirdisə, oranın zalımları gecəni rahat yata bilmirdilər və Əlinin adını özlərinə siyasi maneə kimi gördüklərindən, hansı yolla olursa-olsun bu adı cəmiyyətin zehnindən silməyə cəhd edirdilər. Elə bu səbəbə görədir ki, hətta bu günümüzdə də vaxtikən müaviyə siyasətinin əsarətində olan bəzi ərəb məntəqələrində Əli adında kimsə ya yoxdur, ya da ki, eləsi nadir halda gözə dəyir. Əlinin (ə) adıyla müharibə aparıldığı bir halda, o həzrətin övladları öz oğlanlarına Əli adını qoyurdular ki, bu ad yaddaşlardan silinməsin. Xüsusən də, İmam Hüseyn (ə) bütün oğlanlarını Əli adıyla adlandırmışdır. Bəni-üməyyə xəlifələrindən olan mərvan ibnul-həkəm İmam Səccaddan (ə) soruşur ki, atan bütün oğlanlarına ancaq Əli, Əli, Əli adını qoymaqla nə etmək istəyir?! Həzrət evə qayıdıb atasından bunun səbəbini soruşarkən İmam Hüseyn (ə) buyurur: Əgər mənim yüz oğlum olsaydı da belə, yenə də onların hamısını Əli adlandırardım! yezid (l) də Əli adına olan kin və düşmənçiliyi səbəbindən İmam Səccaddan soruşub ki, təəccüblüdür, atan öz oğlanlarına niyə məhz Əli adını qoyubdur?! İmam buyurub: Çünki atam öz atasını o qədər çox sevirdi ki, balalarına da dəfələrlə onun adını qoyubdur. Hədisdə vardır ki, hansı evdə Əlinin adı vardırsa, o evə fəqirlik daxil olmaz. Digər hədislərdə gəlibdir ki, Əhli-beyt İmamları (ə) öz şiələrinə əmr edərdilər ki, oğlanlarınıza Əli adını qoyun. Salam olsun adıyla müharibə edilən Həzrətə! Salam olsun Əmirul-Mu'minin Əliyə! Salam olsun Əli-Əkbərə! Salam olsun Əli-Əsğərə! Salam olsun Əli-Əvsətə (Səccada)! Salam olsun Əli-Rizaya! Salam olsun Əliyyən-Nəqiyə! Salam olsun günümüzün Əlilərinə! Salam olsun Əlinin həqiqi davamçısı Seyyid Əli Xameneiyə! يا علي , أنت الوليُّ! Ya Əli , Sənsən Vəli! Sələfi-vəhhabilərin acığına "Ya Əli!" https://t.me/imam_Eli_e
2019/06/07 11:41
🌅 بِسْــــمِ اللهِ الرَّحْمَنِ الرَّحِيمِ 🌅 İmam Əli (ə) buyurub: "Allah Rəsulu (s) hamilə qadın uşağı dünyaya gətirənə qədər onunla yaxınlıq etməyi çəkindirmişdir". Mənbə: Şeyx Səduq, Uyunu-Əxbar əl-Rza (ə) 2-cild tərcümə; səh,361 hədis,222 http://telegram.me/islamda_aile
2019/06/06 23:16
🌅 بِسْــــمِ اللهِ الرَّحْمَنِ الرَّحِيمِ 🌅 İmam Əli (ə.s) buyurur: Gözləri üsyankarlıq və şəhvət müqabilində yummaq necə də gözəl səddir. (Ğurarul-hikəm,hədis 321) https://t.me/imam_Eli_e
2019/06/06 05:34
🌅 بِسْــــمِ اللهِ الرَّحْمَنِ الرَّحِيمِ 🌅 İmam Baqir (ə) imam Əlinin (ə) belə dediyini nəql edir: "Mən cənnət və cəhənnəmi bölənəm. Dostlarımı cənnətə, düşmənlərimi isə cəhənnəmə daxil edərəm." (Şeyx Səffar (r.ə), Bəsairud-dərəcat, səh 458, hədis 2) https://t.me/imam_Eli_e
2019/06/06 05:23
🌸Allahın adı ilə🌸 ✅NECƏ MƏN AĞLAMAYIM? Yıxılıb mehraba Heydər, necə mən ağlamayım? Əlidir aləmə sərvər, necə mən ağlamayım? Ağlayır göydə mələklər, necə mən ağlamayım? Ağlayır qəmli ürəklər, necə mən ağlamayım? Ağlayıb Zəhra Əliyçün, necə mən ağlamayım? Bağlanıb qolları bir gün, necə mən ağlamayım? Ağlayıb Xətmi-Peyambər, necə mən ağlamayım? Ağlayıb Zeynəbi ey vay, necə mən ağlamayım? Ağlayıb oğlu Həsən də, yaralı ata üçün, Ağlayıb çeşmi Hüseyn də, necə mən ağlamayım? Ağlayıb minbəri məscid, necə mən ağlamayım? Ağlayıb zikr ilə təmcid, necə mən ağlamayım? Ağlayıb ərzi-səmavat, necə mən ağlamayım? Ağlayıb sanki munacat, necə mən ağlamayım? Ağlayıb Həzrəti Abbas, necə mən ağlamayım? Saxlayıb Movlaya yas, necə mən ağlamayım? Ağlayıb Ali-Əba, necə mən ağlamayım? Ağlayıb Badi-Səba, necə mən ağlamayım? Ağlayır dövri-zaman, necə mən ağlamayım? Ağlayır Sahib-Zaman, necə mən ağlamayım? Ey Səməndər, gecə-gündüz gözünün yaşın axıt! Etməyib Movla zühur, necə mən ağlamayım? 📌 http://t.me//dini_melumatlar
2019/05/26 21:32
🌅 بِسْــــمِ اللهِ الرَّحْمَنِ الرَّحِيمِ 🌅 QƏDR GECƏSİ.... ❤️❤️❤️❤️❤️ Həzrət Muhəmməd (s) buyurub: "Hər kim Qədr gecəsi oyaq qalsa, günahları bağışlanar; hətta günahları göydəki ulduzların sayı, yerdəki dağların ağırlığı, dənizlərin tutumu qədər olsa da" (Vəsailuş-Şiə, 8-ci cild, səh. 21). "Hər kim Qədr gecəsində ehya etsə (oyaq qalsa), növbəti ilə kimi əzab ondan götürülər (yəni günahları bağışlanar)" (Biharu l-Ənvar, 98-ci cild, səh. 145). "Qədr gecəsində səmanın qapıları açılar. Hər kim bu gecədə namaz qılsa, hər səcdəsinə görə Allah ona cənnətdə elə bir ağac verər ki, o ağacın altında süvari min il at çapsa, kölgəsi qurtarmaz. Hər rükuya görə Allah ona cənnətdə dürr-yaqutdan, ləl-cəvahiratdan tikilmiş ev verər. Hər oxuduğu ayəyə görə Allah ona cənnət taclarından bir tac verər. Hər təsbihinə görə ona cənnət quşlarından bir quş, hər oturuşuna (təşəhhüd halındakı oturuş nəzərdə tutulur) cənnət dərəcələrindən bir dərəcə, hər təşəhhüdünə görə cənnət hücrələrindən bir hücrə, hər salamına görə də cənnət xələtlərindən bir xələt bağışlayar..." (Bihərul-Ənvər, 98-ci cild, səh. 145). telegram.me/islamda_aile
2019/05/24 16:36
#Video / 54 🎥 İmam Xamenei - Sadə #iftar Mübarək Ramazan ayı hamımıza bərəkətli olsun! ➡https://t.me/AyatullahXameneihttps://chat.whatsapp.com/DzfAIp4AarI6OnK8vViTro (qrup 1) ➡https://chat.whatsapp.com/KWscMLiSmkr7ukJgGnlGuQ (qrup 2) ✅https://chat.whatsapp.com/IDCZzR11DHYGyx5O6eocxJ (qrup 3)
2019/05/10 17:24
🌅 بِسْــــمِ اللهِ الرَّحْمَنِ الرَّحِيمِ 🌅 UŞAQLARIN... 🌹👧🏻🧒🏻👧🏻🧒🏻🌹 İmam Əli(ə): "Uşaqların ağlı kəsdikdə, namaz qılsın və taqətləri çatdıqda isə oruc tutsunlar." "Biharul-Ənvar, c 88, səh 133 https://t.me/imam_Eli_e
2019/05/09 10:22
‎Ləbbeykə ya Xamenei, ləbbeykə ya Hüseyndir! tərəfindən səs
2019/04/30 20:37
🌅 بِسْــــمِ اللهِ الرَّحْمَنِ الرَّحِيمِ 🌅 ...TİBB... 👨🏻‍⚕🍽👨🏻‍⚕☕️👨🏻‍⚕ İmam Əli(ə) "Nə üçün Qur'anda tibbdən başqa hər şey haqda məlumat vardır?" - sualının cavabını belə vermişdir: " Agah olun, Qur'anda bütün təlabati əhatə edən bir ayə vardır( və o da budur): " Yeyin, için və israf etməyin! " 📚Biharul-Ənvar, c 62, səh 267. Əraf surəsi, ayə 31 https://t.me/imam_Eli_e
2019/04/24 13:28
Bu gün əzəmətli Rəhbər Həzrət Ayətullah əl Uzma Xamenei ağanın 80 yaşı tamam olur. Allahdan Rəhbərimizə uzun və bərəkətli ömür arzulayırıq. https://www.instagram.com/p/BvlQFLDgG8J/?utm_source=ig_share_sheet&igshid=gfidt1h2o2el&r=wa1
2019/04/18 23:10
🌅 بِسْــــمِ اللهِ الرَّحْمَنِ الرَّحِيمِ 🌅 Aləmin sultanı ☝️🏻 Hər əsrin, ilin hər günü hər anı Əlidir! Çərxi-fələkin dövr ilə dövranı Əlidir! Cahillər olub aşiqi dünyanın əzəldən Aşiq eliyən hüsnünə dünyanı Əlidir! Dünyanı tamamən tuta zülmət, yolun azmaz, Aləmdə əgər hər kimin ünvanı Əlidir! Allahı unutmuş ola kim xəstədi qəlbi Bir nüsxəni yazmış ona dərmanı Əlidir! Tə'n etmə Peyğəmbər yox Əlidən yapışıbsan, Peyğəmbərin Allah buyurub canı Əlidir! Nə versə səxavətdi, nəyi alsa ədalət Həqqin dəyəri, qiyməti, mizanı Əlidir! Allahını gördü, deməmiş "Rəbbi ərini" Heyrətdə qoyan Həzrəti Musanı Əlidir! Heç saili qoymaz ki, utansın əlin açsın Sail qapısında verən ehsanı Əlidir! Dağlar belə bu Xilqətə baş əydirə bilməz, Dünyada da, üqbada da sultanı Əlidir! Şair Seyyid Xilqət Şağlaseri
2019/04/14 13:03
🌅 بِسْــــمِ اللهِ الرَّحْمَنِ الرَّحِيمِ 🌅 ÖVLADLARIN ƏN PİSİ... 💔💔👥💔💔 İmam Əli(ə): "Övladların ən pisi Ağvalideyndir!" 📚Ğurarul-Hikəm, hədis 5688. https://t.me/imam_Eli_e
2019/04/13 13:51
🌅 بِسْــــمِ اللهِ الرَّحْمَنِ الرَّحِيمِ 🌅 ...PİS ÖVLAD... 👧🏻💔💔💔💔👦🏻 İmam Əli(ə): "Ən ağır müsibət pis övladdır!" 📚Ğurarul-Hikam, hədis: 2963 https://t.me/imam_Eli_e
2019/04/13 13:39
🌅 بِسْــــمِ اللهِ الرَّحْمَنِ الرَّحِيمِ 🌅 AĞVALİDEYN ÖVLAD... 👵🏼💔💔💔👴🏻 İmam Əli(ə): "Ağvalideyn övlad dərd və uğursuzluqdur." 📚Ğurarul-Hikəm, hədis:10072 https://t.me/imam_Eli_e
2019/04/13 13:36
🌅 بِسْــــمِ اللهِ الرَّحْمَنِ الرَّحِيمِ 🌅 UŞAQLARINIZA... 👧🏻🌼🌼🦋🌼🌼👦🏻 İmam Əli(ə): "Uşaqlarınıza namazı öyrədin və yetkinlik həddinə çatdıqda, tələb edin." "Ğurarul-Hikəm", hədis: 6305 https://t.me/imam_Eli_e
2019/04/09 13:05
🌅 بِسْــــمِ اللهِ الرَّحْمَنِ الرَّحِيمِ 🌅 UŞAQLARIN... 🌹👧🏻🧒🏻👧🏻🧒🏻🌹 İmam Əli(ə): "Uşaqların ağlı kəsdikdə, namaz qılsın və taqətləri çatdıqda isə oruc tutsunlar." "Biharul-Ənvar, c 88, səh 133 https://t.me/imam_Eli_e
2019/04/09 13:04
🏡 @islamda_aile 👇🌱💞👇: 🌅 بِسْــــمِ اللهِ الرَّحْمَنِ الرَّحِيمِ 🌅 OĞLAN UŞAĞI... 🧒🏻🤲🏻🧒🏻🤲🏻🧒🏻 İmam Əli(ə): "Oğlan uşağının ağlı kəsdikdə və Qur'andan bir şey oxuya bildikdə, ona namaz öyrətmək lazımdır. Biharul-Ənvar, c 8, səh 133. https://t.me/imam_Eli_e
2019/04/03 12:46
🌅 بِسْــــمِ اللهِ الرَّحْمَنِ الرَّحِيمِ 🌅 النفس الدنيّة لا تنفكّ عن الدناءات. الإمام علي (ع) غرر الحكم ودرر الكلم؛ ص ٨٣, حديث ١٥٩٣ "Alçaq nəfs alçaqlıqlardan ayrılmaz." İmam Əli (ə) Ğurarul-Hikəm və Durarul-Kəlim; səh 83, hədis 1593 https://t.me/imam_Eli_e
2019/04/02 10:54
🌅 بِسْــــمِ اللهِ الرَّحْمَنِ الرَّحِيمِ 🌅 أضيقُ ما يكون الحرج أقرب ما يكون الفرَج. الإمام علي (ع) عيون الحكم والمواعظ؛ ص ١١٩, حديث ٢٦٩٣ "Çıxılmaz vəziyyətin ən darısqal yeri fərəcə (qurtuluşa) ən yaxın yerdir." İmam Əli (ə) Uyunul-Hikəm vəl-Məvaiz; səh 119, hədis 2693 https://t.me/imam_Eli_e
2019/04/02 10:52
🌅 بِسْــــمِ اللهِ الرَّحْمَنِ الرَّحِيمِ 🌅 İmam Əlinin (ə) möhtəşəm bir kəlamı: عن علي (ع): "ولئن قلّ الحقُّ [ لربّما ] فلربّما ولعلّ ولقلّما أدبرَ شيءٌ فأقبل." نهج البلاغة؛ ص ٥٨, الخطبة ١٦ İmam Əli (ə): "Əgər haqq azalarsa, onun artmasına ümid var. Haqq zəifləyərsə, güclənməsi çətin olar." Nəhcul-Bəlağə; səh 58, xütbə 16 https://t.me/imam_Eli_e
2019/04/02 10:49
🏡 @islamda_aile 👇🌱💞👇: 🌅 بِسْــــمِ اللهِ الرَّحْمَنِ الرَّحِيمِ 🌅 ...ÖZÜNÜZÜ VƏ ƏHLİ-ƏYALINIZI... 👥🌼👥🌼👥 İmam Əli(ə): "Allah-taalanın" Ey iman gətirənlər, özünüzü və əhli-əyalınızı oddan qoruyun..."buyuruğunun mənası belədir: Onlara cəhənnəm odundan qurtuluş verən şeyləri öyrədin." Munyətul-murid, səh 380 https://t.me/imam_Eli_e
2019/04/01 14:03
🌅 بِسْــــمِ اللهِ الرَّحْمَنِ الرَّحِيمِ 🌅 Əssələmu ələykum! Əziz mö'minlər, bu linklərə daxil olmaqla, məlumatlardan istifadə edə bilərsiz: http://telegram.me/islamda_aile 📚📚📚 https://t.me/menbeli_hedisler 📚📚📚 https://t.me/Quranda 📚📚📚 https://t.me/imam_Eli_e
2019/03/31 11:51
Həm dünya və həm də axirəti bir yerdə qazanmaq??? طَلَبُ الجَمعِ بَينَ الدُّنيا وَالآخِرَةِ مِن خِداعِ النَّفسِ. الإمام علي (ع) غرر الحكم ودرر الكلم؛ ص ٤٣٥, حديث ١٣ "Dünya ilə axirəti bir yerə toplamağa (və onların ikisini də birgə qazanmağa) çalışmaq nəfsin aldatmalarındandır." İmam Əli (ə) Ğurarul-Hikəm və Durarul-Kəlim; səh 435, hədis 13 telegram: @imam_Eli_e
2019/03/31 11:36
Psixoloji hədis الناسُ إلى أشكالهم أميلُ. الإمام علي (ع) بحار الأنوار؛ ج ٧٥, ص ٩٢, حديث ١٠٠ "İnsanlar özləri kimi olanlara daha çox meyl göstərirlər." İmam Əli (ə) Biharul-Ənvar; c 75, səh 92, hədis 100 telegram: @imam_Eli_e
2019/03/31 11:36
‼ 2⃣ şey insanı darmadağın edər: 🍁 1⃣ Keçmişdə ötüb-keçən bihudə, boş-boş məsələlərlə özünü məşğul etmək və "kaş elə yox, belə olardı, kaş o cür yox, bu cür edərdim" söyləmək, 🍁 2⃣ Özünə aid olmayan camaatın məsələləriylə məşğul olmaq. 🍂🍂Kim bihudə keçmişin qapısını döysə, elə həsrət çəkə-çəkə ölər. 🍂🍂Kim də özünə aid olmayan başqalarının işləri ilə başını qatsa, elə qəm-kədər və həsəd çəkə-çəkə dünyanı tərk edər. Hz. Əli (ə) buyurmuşdur: ☘ الإيمانُ أربعةُ أركانٍ: İmanın dörd sütun və dayağı vardır: 1⃣🌹الرضا بقضاء الله, Allahın yazdığı təqdirə razı olmaq, 2⃣🌹والتوكل على الله, Allaha təvəkkül etmək və Ona bel bağlamaq, 3⃣🌹وتفويض الأمر إلى الله, İşləri (yerinə yetirəndən sonra o işlərin nəticəsini) Allaha həvalə etmək, 4⃣🌹والتسليم لأمر الله. və Allahın əmrinə təslim olmaq. 📚 (الكافي؛ ج ٢, ص ٥٦, حديث ٥) 📚(əl-Kafi; c 2, səh 56, hədis 5) .............................. ✅ Hər kim İmam Əlinin (ə) vurğuladığı bu dörd xüsusiyyəti özündə canlandıra bilsə, daimi rahatlığa qovuşar və imanın həqiqi ləzzətini dadmış olar. 🤲🏻İlahi, bizlərə kömək ol ki, ✅ bizə yazdığın təqdirinə razı olaq, ✅ yalnız Sənə bel bağlayaq, ✅ işlərimizi yalnız Sənə həvalə edək ✅ və Sənin məhzərində müt'i və təslim olan əziz bəndələrinin sırasında qərar tutaq. 🤲🏻Amin! @menbeli_hedisler
2019/03/30 08:57
İmam Əli (ə) buyurmuşdur: "Həyat yalnız dindarlıqla, ölüm isə yalnız yəqinlə olur. Buna görə də gözəl və şirin sudan için (xalis İslam dinindən faydalanın) ki, sizi qəflət yuxusundan oyadıb öldürücü zəhərlərdən (yanlış dinlərdən) qorusun". Əl-İrşad, c.1, səh.296 https://t.me/imam_Eli_e
2019/03/27 10:18
Əmirul-Mu’minin İmam Əli (ə) buyurmuşdur: "لَا يُـؤْخَـذُ الْعِـلْـمُ‏ إِلَّا مِـنْ‏ أَرْبَـابِـهِ‏." (عُـيُـونُ الحِـكَـمِ وَالمَـوَاعِـظِ (لليثي)؛ ص 538، حديث 9906) “Elm yalnız öz əhli və sahiblərindən əxz olunar.” Uyunul-Hikəm vəl-Məvaiz/ səh 538, hədis 9906 https://t.me/imam_Eli_e
2019/03/27 10:10
Mövla İmam Əli (ə) buyurmuşdur: "لَا يُدْرَكُ‏ الْعِلْمُ‏ بِرَاحَةِ الْجِسْمِ." (عيون الحكم والمواعظ (لليثي)؛ ص 539، حديث 9955) “Elm bədən rahatlığı (yəni asanlıq və rahatlıq axtarmaq)la əldə oluna bilməz.” Uyunul-Hikəm vəl-Məvaiz/ səh 539, hədis 9955 https://t.me/imam_Eli_e
2019/03/27 10:10
🌅 بِسْــــمِ اللهِ الرَّحْمَنِ الرَّحِيمِ 🌅 ... NAMAZ ... ☝️🏻☝️🏻☝️🏻☝️🏻☝️🏻 İmam Əli (ə) buyurub: "Namaz qalxıb durmaqla deyil, ixlaslı olub yalnız Allaha xatir həyata keçiririlməklədir". Şərhi-Nəhcul-bəlağə, cild 1, səh 325 telegram: @imam_Eli_e
2019/03/25 23:42
İmam Əmirəl-mö'minin Əliyyibni Əbu Talib (ə) buyurur: "Camaatı iki şey həlak edib: 1-Yoxsulluqdan qorxmaq, 2-Fəxr etmək". Mənbə: Zubdətul-Əhadis, tərcümə; səh,290 hədis,11 telegram: @imam_Eli_e
2019/03/24 21:27
🌅 بِسْــــمِ اللهِ الرَّحْمَنِ الرَّحِيمِ 🌅 Həzrət İmam Əli əleyhissalam buyurur: Çox zarafat dəyər və ehtiramı aradan aparar və düşmənçiliyə səbəb olar ğurərul-hikəm cild4 -səhifə 597 https://t.me/imam_Eli_e
2019/03/23 23:37
🌅 بِسْــــمِ اللهِ الرَّحْمَنِ الرَّحِيمِ 🌅 İmam Əli (ə) buyurub: "Dua möminin qalxanıdır. Əgər İlahi rəhmət qapısını israrla döysən, o, sənin üzünə açılar". Uddətud-dai, tərcümə; səh,21 hədis:7 https://t.me/imam_Eli_e
2019/03/23 22:54
İMAM ƏLİNİN (Ə) MÜBARƏK VİLADƏT GÜNÜ - KİŞİLƏR BAYRAMI MÜNASİBƏTİLƏ BAĞLI O HƏZRƏTİN HƏYATINDAN İKİ ZAHİDLİK VƏ KİŞİLİK DƏRSİNİ SİZ ƏZİZ MÖ'MİNLƏRƏ TÖHFƏ EDİRİK: İmam Əlinin (ə) gözündə dünya heç nədir! Əl tutmaq Əlidən (ə) qalıb. وَسَأَلَهُ أَعْرَابِيٌّ شَيْئاً فَأَمَرَ لَهُ بِأَلْفٍ. فَقَالَ الْوَكِيلُ: مِنْ ذَهَبٍ أَوْ فِضَّةٍ؟ فَقَال:َ كِلَاهُمَا عِنْدِي حَجَرَانِ، فَأَعْطِ الْأَعْرَابِيَّ أَنْفَعَهُمَا لَهُ. مناقب آل أبي طالب عليهم السلام (لابن شهرآشوب) ؛ ج‏2 ؛ ص118 Səhrada yaşayan bir ərəb İmam Əlidən (ə) müəyyən məbləğ pul istədi. İmam Əli (ə) də əmr etdi ki, o kəsə min miqdarında (pul) verilsin. Vəkil (xəzinədar) həzrətə (ə) dedi: Qızıl pul (dinar) verim, yoxsa gümüş pul (dirhəm)? Həzrət buyurdu: “Mənim gözümdə onların ikisi də (qızıl pul da, gümüş pul da) adi bir daş kimidir (yəni mənimçün o ikisinin fərqi yoxdur, ikisi də mənim nəzdimdə dəyərsiz bir şeydir). Sən o ərəbə o ikisinin ən faydalı olanını ver.” Mənaqibu Ali-Əbi-Talib (ə) (İbn Şəhraşub); c 2, səh 118 İmam Əli (ə) kişiliyin etalonudur! وَقَالَ لَهُ ابْنُ الزُّبَيْرِ إِنِّي وَجَدْتُ فِي حِسَابِ أَبِي‏ أَنَّ لَهُ عَلَى أَبِيكَ ثَمَانِينَ أَلْفَ دِرْهَمٍ فَقَالَ لَهُ إِنَّ أَبَاكَ‏ صَادِقٌ فَقَضَى ذَلِكَ ثُمَّ جَاءَهُ فَقَالَ غَلِطْتُ فِيمَا قُلْتُ إِنَّمَا كَانَ لِوَالِدِكَ عَلَى وَالِدِي مَا ذَكَرْتُهُ لَكَ فَقَالَ وَالِدُكَ فِي حِلٍّ وَ الَّذِي قَبَضْتَهُ مِنِّي هُوَ لَكَ. مناقب آل أبي طالب عليهم السلام (لابن شهرآشوب) ؛ ج‏2 ؛ ص118 Zübeyrin oğlu İmam Əliyə (ə) dedi ki, atamın hesab-kitab dəftərinə baxıb gördüm ki, sənin atanın ona (atama) 80 min dirhəm ödəyəcək borcu var imiş. İmam (ə) ona “Sənin atan düzdanışan olub” deyərək həmin miqdar pulu ona verdi. Zübeyrin oğlu sonradan gəlib həzrətə (ə) belə dedi: Sənə dediyim məsələni səhv salıbmışam, həqiqət bu imiş ki, (sənin atanın mənim atama yox,) mənim atamın sənin atana dediyim qədər borcu var imiş. Həzrət (ə) buyurdu: “O pulu atana halal etdim və məndən aldığın məbləğ də sənin olsun.” Mənaqibu Ali-Əbi-Talib (ə) (İbn Şəhraşub); c 2, səh 118 @menbeli_hedisler
2019/03/20 12:55
Əlini zikr etmək ibadətdir! Ya Əli əntəl vəli!❤️
2019/03/19 21:26
"İmam Əli (ə) elə bir şəxsiyyətdir ki, şiə, sünni, qeyri-müsəlman və dini olmayan da ona ehtiram bəsləyir." Ali Rəhbər Ayətullah əl-Uzma Seyyid Əli Xamenei https://t.me/imam_Eli_e
2019/03/19 20:39
İmam Əli ibn Əbi Talib (ə) Allahın iman tərəzisidir. Özünün iman çəkisini bilmək istəyənlər özlərini gərək həmin ilahi tərəzidə çəksinlər. Həmin ilahi tərəzi aqibətdən dəqiq xəbər verir. Aləmlərə rəhmət olaraq göndərilən Hz. Peyğəmbərin (s) canı Hz. Əmirul-Mu'minin İmam Əlinin (ə) bərəkətli Viladətiylə bağlı bütün haqsevərlərə təbrik deyirik. Bir anımızın belə Əlisiz (ə) keçməməsini Uca Allahdan istəyirik... أسعد الله أيامكم بالولادة العلوية المباركة! https://t.me/imam_Eli_e
2019/03/19 20:37
Bu gün dəhrə Əli şahi-vila gəldi mübarəkdir Ki ümmətdən bəla getdi səfa gəldi mübarəkdir 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 Muhəmməd Mustəfa təyin edən vəqti onu mövla Mələklərdən fələklərdən səda gəldi mübarəkdir 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 Mərizi-cəhlə bir öylə təbibi lütf edib Allah Könül dərdən xilas oldu şifa gəldi mübarəkdir 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 Mətahi-dəhrdən hər kim gözün çəkdi Əli misli Xuda zikri ona ruha qida gəldi mübarəkdir 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 Elə nur əxz edib hüsni həqiqət afitabından Bu zülmət aləmə sanki ziya gəldi mübarəkdir 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 Onuntək kim olar aşiq rəsullahə Allahə Müsəffa eşqinə həqdən riza gəldi mübarəkdir 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 Xudaya Suziyi-zarəm ona sadiq olan nokər Mənə şahım Əli mədhi əta gəldi mübarəkdir Kerbelayi Namiq Suzi https://t.me/imam_Eli_e
2019/03/19 20:37
🕋İmam Əlinin (ə) dünyaya gəlişi haqqında:🕋 Həzrət Əlinin (ə) nurani qundağını Peyğəmbəri-Əkrəmə (s) verdilər. İlk dəfə оlaraq gözlərini Allah Rəsulunun (s) parlaq üzünə açıb gülümsədi. Bu vaxt hələ nazil olmayan Qur’an ayəsini: «قدْ أَفْلَحَ الْمُؤْمِنُون» { Həqiqətən mö'minlər nicat tapdılar } (Mu'minun surəsi, ayə 1) -оxudu. Еlə bu halda Peyğəmbəri-Əkrəm (s) buyurdu: لَقَدْ وُلِدَ لَنَا اللَّيْلَةَ مُولُودٌ يَفْتَحُ الله عَلَيْنَا بِهِ أَبْوَابًا كَثِيرَةً مِنْ النِعْمَةِ وَالرَحْمَةِ Həqiqətən, bu gecə bizə elə bir övlad doğulubdur ki, Allah-təala ona xatir Özünün çoxlu ne’mət və rəhmət qapılarını bizim üzümüzə açıbdır. 📚 Nəhcul-Bəlağənin şərhi (İbn Əbil-Hədid (sünni-mö'təzili)): 4/15 https://t.me/imam_Eli_e
2019/03/19 20:35
بعقل الرسول وأدبهِ يُستدلُّ على عقلِ المُرسِل. الإمام علي (ع) عيون الحكم والمواعظ؛ ص ١٨٦, حديث ٣٧٩٩ "Göndərilən kimsənin (elçinin) ağıl və ədəbindən onu göndərən kəsin ağlının nə həddə olduğu bilinər." İmam Əli (ə) Uyunul-Hikəm vəl-Məvaiz; səh 186, hədis 3799 @menbeli_hedisler
2019/03/16 07:27
Məzlum olsanız (sizə zülm olunsa və zülmə məruz qalsanız) da, heç zaman zalım olmayın! "وَاقْدَمُوا عَلَى اللهِ مَظْلُومِينَ وَلَا تَقْدَمُوا عَلَيْهِ ظَالِمِينَ." أمير المؤمنين علي (ع) نهج البلاغة (للصبحي صالح)؛ ص ٢١١, خطبة ١٥١ "Allahın hüzuruna zülmkar deyil, məzlum kimi gəlin." (Yəni sorğu-sual üçün dirildiləcəyiniz Qiyamət günündə zülmkar deyil, zülmə məruz qalan olun. Belə ki, dünyada heç kimə zülm, sitəm etməyin. Çünki zülm əqli və şər'i cəhətdən çirkin işdir, sitəm törədən isə məl'un və əbədi əzaba məhkumdur. Elə isə sizə zülm edilmiş olsa da belə, sizin özünüz kiməsə zülm etməyin!) Əmirul-Mu'minin Əli (ə) Nəhcul-Bəlağə (əs-Subhi Salih); səh 211, xütbə 151 @menbeli_hedisler
2019/03/16 07:27
İmam Əlidən (ə) misilsiz bir hədis وَقَالَ أَمِيرُ الْمُؤْمِنِينَ ع لِكُمَيْلِ بْنِ زِيَادٍ تَبَدَّلْ وَ لَا تُشْهَرْ وَ وَارِ شَخْصَكَ وَ لَا تُذْكَرْ وَ تَعَلَّمْ وَ اعْمَلْ وَ اسْكُتْ تَسْلَمْ تَسُرُّ الْأَبْرَارَ وَ تَغِيظُ الْفُجَّارَ وَ لَا عَلَيْكَ إِذَا عَلِمْتَ مَعَالِمَ دِينِكَ أَنْ لَا تَعْرِفَ النَّاسَ وَ لَا يَعْرِفُوكَ وَ مَنْ أَلْزَمَ قَلْبَهُ فِكْراً وَ لِسَانَهُ الذِّكْرَ مَلَأَ اللَّهُ قَلْبَهُ إِيمَاناً وَ رَحْمَةً وَ نُوراً وَ حِكْمَةً وَ إِنَّ الْفِكْرَ وَ الِاعْتِبَارَ يُخْرِجَانِ مِنْ قَلْبِ الْمُؤْمِنِ مِنْ عَجَائِبِ الْمَنْطِقِ فِي الْحِكْمَةِ فَتُسْمَعُ‏ لَهُ‏ أَقْوَالٌ يَرْضَاهَا الْعُلَمَاءُ وَ تَخْشَعُ لَهُ الْعُقَلَاءُ وَ تَعْجَبُ مِنْهُ الْحُكَمَاءُ. إرشاد القلوب إلى الصواب (للديلمي)؛ ج ‏1؛ ص 100 İmam Əli (ə) Kumeyl ibn Ziyada buyurubdur: "Dəyiş, məşhurlaşma(ğa çalışma), dillərə düşmə(yə səy göstərmə) və öz şəxsiyyətini gizlət! Elm öyrən və (öyrəndiyinə də) əməl et! Sus ki, salamat qalasan. Xeyirxah kimsələri sevindir, günahkarları isə qəzəbləndir (onlarla qəliz rəftar et ki, onlara üzünü bozartmaqla cəmiyyətdəki günahları azaltmış olasan). Öz dininin nişanələrini (yolları, ayinləri və qaydalarını) bilərsənsə, sənin camaatı tanımamağının və onların da səni tanımamasının sənə bir zərəri olmaz. Kim düşünməyi qəlbinə və zikr etməyi də dilinə vacib (bağlı) etsə, Allah o kəsin qəlbini iman, rəhmət, nur və hikmətlə doldurar. Həqiqətən də, düşünmək və ibrət almaq möminin qəlbindən hikmətli sözlər olan elə qəribə danışıqlar çıxarar və nəticədə də həmin mömindən elə (gözəl) kəlamlar eşidilər ki, dediyi o kəlamlardan alimlər razı qalar, aqil insanlar o kəlamların önündə müti olub boyun əyər və hikmət əhli olanlar da o kəlamlardan təəccüblənərlər." İrşadul-Qulub iləs-Savab (əd-Dəyləmi); c 1, səh 100 @menbeli_hedisler
2019/03/07 17:40
"Xüsusi insanların həzrəti Zəhraya (s.ə) ağlaması - Ustad Pənahian" YouTube'da baxın https://youtu.be/ccJhHwrUcd4
2019/03/02 07:18
"Ayətullah Xamenei namaz halında (çox təsirli)" YouTube'da baxın https://youtu.be/qSJlSDEA_VM
2019/03/01 18:39
"İmam Zaman (af) üçün hazırlaşın - Ayətullah Xamenei" YouTube'da baxın https://youtu.be/GI7_N3pfWlA
2019/03/01 18:17
"Haci Fariz -Gozel Moize" YouTube'da baxın https://youtu.be/yFTv8Ty1DMg
2019/02/27 13:43
"Yaxşı insan necə pis insan olur? | Ustad Pənahiyan" YouTube'da baxın https://youtu.be/CglhFXJ1Jv4
2019/02/27 11:26
"Kim deyir ki, Allah səssizdir və danışmaz - Ustad Pənahian" YouTube'da baxın https://youtu.be/C9jANZRKnI4
2019/02/27 11:19
"Kimlər İmam Zamanı (ə.f) geri gətirə bilər? - Ustad Pənahian" YouTube'da baxın https://youtu.be/yoYRsyiCq9U
2019/02/27 11:12
🌅 بِسْــــمِ اللهِ الرَّحْمَنِ الرَّحِيمِ 🌅 🍂DUAM...🍂 🌼 ALLAHIM! 🌼 Məni var-dövlət sahibi etdiyin zaman, "xoşbəxtliyi" məndən alma!😞 -Məni gücləndirdiyin zaman, "ağlımı" məndən alma! 😞 Məqam sahibi qərar verdiyində, "təvazökarlığımı" alma!😞 Təvazökarlığ verdiyində, "izzətimi" alma! 😞 Qüdrət verdiyində, "əfv etməyi" məndən alma!😞 Sağlamlıq verdiyində, "imanımı" alma!😞 Səni unutduğum bir an belə,Sən məni unutma...😞 Sən məni unutsan, Sənin bəndələrin çoxdur amma mənim bir Allahım var...🍃 Məni unutsan mən hara gedərəm?😞 Məni atma...😞 Səndən başqa kimə tərəf getdimsə, gördüm ki, heç kim Sənin kimi Bağışlayan və Mehriban deyil...💧 Allahım dağ boyda günahlarla bir ovuc tövbə gətirmişəm...💧 Məni geri qaytarma...💧 https://t.me/imam_Eli_e
2019/02/02 21:22
🌸Göndər Salavat! Müstəfanın gülü rüxsarinə göndər salavat Mürtəzanın deli bidarinə göndər salavat Fatimə Ümmi Əbihanın o çadırşəbinin Sayəsində gəzən ənsarinə göndər salavat Müctəba ərşədi övladi Əlidir, Hüseynin Elminə, helminə, kirdarinə göndər salavat Cani deldən elə elan ki, Hüseyn aşiqisən Ağamın qolsuz ələmdarına göndər salavat Gər mərizin var, utanma tut Hüseynin ətəyin O yanan xeymədə Bimarinə göndər salavat Bax Bəqiyə, hərəmi Baqir və Sadiqdi ora Səslə ya Fatimə, zəvvarına göndər salavat Sidq ilə ərz elə zindani Bəğdadə səlam Musayi Cəfərin asarinə göndər salavat Həm Riza tacü şərəfdir bizə, həm oğlu Cavad Oların deldəki əsrarinə göndər salavat Hadi və Əskərinin qəbrinə bax Samirədə O böyük günbəzin ənvarinə göndər salavat Bu on üç nur gəlib, Mehdi də bir gün gələcək Ağamın 313 yarinə göndər salavat Şühəda qaldırdı hər yanda Əli pərçəmini Onların cəbhədə isarinə göndər salavat Şühəda yaddan əgər çıxsa, çıxar din yaddan Sadiq aşiqlərin əfkarinə göndər salavat Milləti səhnədə bidar eliyən Müctəhidin Biriya eşqinə göftarinə göndər salavat Bizə hər nə yetişib Kərbübəladən yetişib Kərbəlanın dəri-divarinə göndər salavat Zeynəbin adi gələn vəqtə şəhidlər səslər Üsəranın O mədədkarinə göndər salavat Zeynəbi olsan əgər, çıxma Hüseyn xəttindən Bu yolu kim gedə pəndarinə göndər salavat Qardaşın nizədə gördü bacı, məhməldə dedi Ey del, o qanlı telin tarinə göndər salavat Bağlanıb gərdəni səccadə ağır bir zəncir Dildə ya Heydəri Kərrarinə göndər salavat Alacaq Şami Əlinin qızı bu leşkərilə Xütbə və nitqi şərərbarinə göndər salavat Əliboşdu “Kəlami”, gözünü yarə tikib Yarə bax, məlhəm əş`arinə göndər salavat P.S: Sizlərə olsun asan, deyə əskidən çevirdim azəriyə Məni də unutma əmvatimə göndər salavat https://t.me/imam_Eli_e
2019/02/01 23:21
🌅 بِسْــــمِ اللهِ الرَّحْمَنِ الرَّحِيمِ 🌅 🌹✨✨✨✨🌹 İmam Əli (ə) buyurur : “(İlahi!) Atəşindən qorxduğum və cənnətinə tamah etdiyim üçün Sənə bəndəlik etmədim. Sadəcə Səni, ibadətə layiq gördüyüm üçün Sənə ibadət etdim.” (Əvalil-Lialil-Əziziyyə fil- Əhadisid-Diniyyə/ c 1, səh 404, hədis 63.) @imam_Eli_e
2019/01/20 01:31
🌅 بِسْــــمِ اللهِ الرَّحْمَنِ الرَّحِيمِ 🌅 📝📝📝📝📝📝 İmam Əli (ə): "Yaxşı olar ki, mütəal Allahı tanıyan bir insan qəlbini heç vaxt ona olan ümid və xofdan boş qoymasın". Mənbə: Ğurarul-Hikəm, fəsil-6, səh-441, hədis-10926 https://t.me/imam_Eli_e
2019/01/19 12:23
1